İsraildə eynicinsli cütlüklər uşaq sahibi ola biləcək

DÜNYA 04 yan 2022, 21:42

İsraildə eynicinsli cütlüklər artıq surroqat analıq yolu ilə uşaq sahibi ola biləcəklər.

Müvafiq qaydalar yanvarın 11-dən etibarən qüvvəyə minəcək.

İsrailin səhiyyə naziri Nitzan Horovitz yeni tənzimləmələri şərh edərkən bildirib ki, ölkədəki LGBT icmasının uzunmüddətli mübarizəsinin məqsədi qanun qarşısında və valideynlikdə bərabərlikdir.

Nazirin sözlərinə görə, qanuna edilən dəyişikliklər subay kişilərə və transgenderlərə də şamil olunacaq./oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top