“Veriliş hazırlaya bilmirlər, mütəxəssis yoxdur”— Rasim Balayev

MƏDƏNİYYƏT 03 yan 2022, 20:10
“Bunların camaatın ailə məsələlərini efirdə işıqlandırmaqdan başqa əllərindən heç nə gəlmir. Efirlərimizdəki o verilişlərə nə baxmıram, nə də heç nə düşünmürəm. Elə baxmadığıma görə də xoşbəxt oluram. İndi heyvanlar aləminə baxıram və zövq alıram”
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rasim Balayev efirlərimizlə bağlı danışarkən deyib. Aktyor bir çox verilişlərin onun ürəyincə olmadığını bildirib:
 
“Heç Yeni ildə də o verilişlərə baxmadım. Çox primitiv verilişlər yayımlayırlar. Verilişi hazırlaya bilmirlər. Ancaq səviyyəsiz musiqiylə, müğənnilərlə hər şeyi başa vururlar. Mətbəxdə də, səhnədə də vəziyyət o cürdür. Veriliş hazırlaya bilmirlər, mütəxəssis yoxdur. Düzdü, bu səviyyəsizlik elə Rusiya televiziyalarında da var, amma onlarda heç olmasa paralel olaraq babat filmlər də göstərirlər. Yəni dediyim odur ki, hər şey bərbad vəziyyətdədir”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top