AKFA son beş ilin qaliblərini dəyərləndirdi, karateçiləri möhtəşəm tədbirlə sevindirdi — FOTOLAR

İDMAN 29 dek 2021, 22:59
Azərbaycan Karate-do Federasiyaları Assosiasiyası tərəfindən qurumun son beş ildəki fəaliyyəti qiymətlənidirilib və 2021-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. 

Demokrat.az
-ın xəbərinə görə, idman mütəxəssislərinin, idmançıların iştirak etdiyi möhtəşəm tədbirdə Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti Arif Məmmədov öz çıxışında son beş ildə və cari ildə əldə olunan nailiyyətlərdən danışıb. Dünya və Avropa çempionu bu illər ərzində qazanılmış uğurların səbəbini görülən səmərəli işin nəticəsi kimi qiymətləndirib. O, qalib olan və olmayan bütün idmançılara uğurlar arzulayıb. A.Məmmədov bu günün karate ailəsi üçün unudulmaz və əvəzolunmaz tarixi gün olduğunu diqqətə çatdırıb. Bu il Serbiyada keçirilən dünya çempionatında uğurlu çıxışla yadda qalldıqlarını deyən Dünya və Avropa çempionu Arif Məmmədov növbəti ildə də etimadı doğrultmağa çalışacaqlarını vurğulayıb.

Tədbir zamanı həm məşqçilər, həm idmançılar federasiya tərəfindən illər boyu göstərilən yüksək diqqətə görə öz təşəkkürlərini bildiriblər. O da vurğulandı ki, idmançıların qazandığı uğurlarda millət vəkili, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının Prezidenti Ülvi Quliyevin xüsusi qayğısı və dəstəyi olmuşdur. Karateçilər daim AKFA prezidenti Ülvi Quliyevin dəstəyini hiss ediblər. Minnətdarlıq edən hər kəs bu cür mühitin yaranmasına görə şəxsən Ülvi Quliyev başda olmaqla Arif Məmmədova dərin rəğbətlərini ifadə ediblər. 

Daha sonra federasiyanın 5 illik fəaliyyəti dövründə fərqlənmiş idmançı və məşqçilərə, eləcə də federasiyanın işində fəallıq göstərən şəxslərə fəxri fərmanlar təqdim edilib. İlk olaraq səhnəyə son beş ildə ən yüksək nəticələr qazanan idmançılar dəvət olunub. Onlar fəxri fərmanlar və pul mükafatları ilə qiymətlənidirilib:

Qızlar:

1.Humay Həsənli  
2.İnci Əzizova
3.Süsənbər Həsənzadə  
4.Fidan Musayeva  
5.Mədinə Kazımova  
6.Cansu  Əhmədzadə
7.Alika Semixova  
8.Fidan Həmidova  
9.Xədicə  Mürsəlova  
10.Fidan Rustamova  

Oğlanlar:

1.Arif Məmmədov  
2.Ramin Mazanov  
3.Məhəmməd  Xamoyev  
4.Asim Məmmədov  
5.Siyavuş Quliyev
6.Samir İbrahimov  
7.Həsən  Əhmədov
8.Marat  Semixov
9.Rəşad Mahmudov  
10.Elton  Əliyev   

Ardından aşağıda adları qeyd olunan məşqçilərə federasiyanın 5 illik fəaliyyəti dövründə yetirmələrinin qazandığı yüksək nəticələrə görə fəxri fərmanlar və pul mükafatları təqdim olunub:

1.Əziz Əzizov 
2.İbrahim Heydərov 
3.Elmin İsayev
4.Azər Aslanov
5.Rüstəm Əkbərov
6.Bəşir Mahmudov
7.Elşən Xamoyev
8.Siyavuş Bayramov
9.Namiq Pirverdiyev
10.Əli Rəcəbov
11.Elnurə Ağayeva
12.Orxan Şabanov
13.Vüsal İsrafilov 

2021-ci ilin ən yaxşıları nominasiyası üzrə idmançılar Dünya çempionatında qazandıqları yüksək nəticələrə görə “İlin yekunu” nominasiyasında təltif ediliblər: 

Oğlanlar:

1.Rəsul Abbasov
2.Kamran Kazımov
3.Mikayıl Nağıyev
4.Şamo Kamilov
5.Məhyəddin Cəfərli
6.Marat Semixov
7.Osman Əlizadə
8.Amil Abbaslı
9.İsmayıl Ələsli 

Qızlar: 

1.Asiya Məlikova
2.Xədicə Mürsəlova
3.Alika Semixova
4.Banu Məsimova
5.Vidan Hüseynova

Məşqçilər isə 2021-ci ildə əldə etdikləri yüksək reytinq xallarına görə “İlin yekunu” nominasiyasında təltifetməyə dəvət olunub:

1.Elmin İsayev 
2.Azər Aslanov 
3.Namiq Pirverdiyev
4.Rüstəm Əkbərov
5.Elşən Xamoyev 

AKFA ənənəyə sadiq qalaraq, bu il də fəxri adlara layiq görülən məşqçi və idmançıları sevindirib. Belə ki, Gənclər və İdman Nazirliyi bir sıra karateçilərə fəxri adlar verib. Fəxri adlara layiq görülən karate ailəsinin üzvlərinə döş nişanları və vəsiqələri Arif Məmmədov tərəfindən təqdim edilib. 

“Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına aşağıdakı mütəxəssislər layiq görülüb:

1.Aslanov Azər Səfərəli oğlu 
2.Əzizov Əziz Müzəffər oğlu
 
“Azərbaycan Respublikasının İdman ustası” fəxri adına bu idmançılar təqdim olunub:

1.Hüseynov Seymur Əlizadə oğlu
2.İbrahimov Samir Aydın oğlu
3.Əkbərov Rüstəm Rəşadət oğlu
4.Həsənlı Humay Asif qızı

Sonda xatirə fotoları çəkilib və tədbir iştirakçılarının şərəfinə ziyafət verilib. 















Zamiq 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top