11 ayda ödənilən pensiya, müavinət, təqaüd və yardımların həcmi açıqlandı

SOSİAL 25 dek 2021, 16:18
2021-ci ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 5,43 mlrd. manat vəsait ödənilib.

Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, bu da ötən ilin eyni dövründə müvafiq istiqamət üzrə ödənilən vəsaitə nisbətən 3,2% və ya 167 mln. manat çoxdur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top