Pakistanın XİN başçısından azərbaycanlı həmkarı ilə bağlı paylaşım

SİYASƏT 18 dek 2021, 20:34
Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi özünün tviterdəki səhifəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü barədə paylaşım edib.

Pakistanın xarici siyasət idarəsinin rəhbərinin sosial şəbəkədəki paylaşımında deyilir:

“Sizi Pakistanda salamlamaqdan məmnunam Ceyhun Bayramov. İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş 17-ci növbədənkənar iclasında uğurlu nəticələr üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm.

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Pakistana səfər edib. Səfər çərçivəsində ikitərəfli görüşlərin də keçirilməsi nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top