Türkiyənin vitse-prezidenti: “Münasibətlərin normallaşması Ermənistanın atacağı addımlardan asılı olacaq”

XARİCİ SİYASƏT 18 dek 2021, 13:03
“Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Azərbaycanla birlikdə təklif etdiyimiz “3+3” formatında regional əməkdaşlıq platformasının ilk iclası ötən həftə keçirilib. Biz təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, bütün bölgə üçün normallaşma arzusundayıq və bu yanaşmamızda tam səmimiyik”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay söyləyib.

“Təbii ki, belə bir proses Ermənistanın atacağı addımlardan asılı olaraq ehtiyatla və Azərbaycanla yaxından təmasda olaraq gerçəkləşdiriləcək. Qafqazda davamlı sülh, əmin-amanlıq və rifahın bərqərar olması üçün əhatəli əməkdaşlıq bundan sonra da bizim səmimi arzumuz olacaq”, - vitse-prezident vurğulayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top