Kürdə texniki qəza yarandı

SOSİAL 12 dek 2021, 19:29
Hacıqabul rayonunun Talış kəndində yerləşən Kür sutəmizləyici qurğusunda qəza baş verib.
 
Bu barədə Kür Su Təchizatı idarəsinin rəisi Eldəniz Həsənov məlumat verib.

İdarə rəisinin qeyd etdiyinə görə, səhər saatlarında 1400 diametrlik suötürücü kəmərin sınması nəticəsində Hacıqabul rayonunda Şirvan-Muğan qrup su kəmərinə suyun verilməsi dayandırılıb. Hal-hazırda kəmərdə təmir işləri davam etdirilir. Suyun verilməsi saat 22 radələrində gözlənilir. Qəza nəticəsində Şirvan şəhərinin, həmçinin Hacıqabul, Salyan, Biləsuvar və həmin istiqamətdə yerləşən rayonların su təchizatında fasilə yaranıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top