“Yeni qanun layihəsi çox mükəmməl hazırlanıb”— Deputat

MEDİA 11 dek 2021, 19:30
“ “Media haqqında” yeni qanun layihəsi ölkədə medianın inkişafına xidmət edən önəmli bir təşəbbüsdür”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Deputat vurğulayıb ki, Cənab İlham Əliyev Vətən müharibəsində qazandığımız tarixi qələbədən sonra media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalamışdır:

“Eyni zamanda Medianın İnkişaf Agentliyinin yaradılması haqqında qanun layihəsinin hazırlanması barədə də tapşırıqlar vermişdir. Bu da milli informasiya məkanında davamlı inkişafa nail olunması üçün dövlət qarşısında əsas prioritetlərdən biri kimi qiymətləndirilməlidir. Qeyd edim ki, ölkəmizdə bütün sahələrdə islahatlar həyata keçirilir və media sahəsində islahatların keçirilməsi çox önəmli idi. Təbii ki, yeni qanun layihəsinin artıq müzakirəyə çıxarılması da medianın inkişafında yeni bir mərhələyə qədəm qoyulur. Düzdür, media haqqında 1999-cu ildə qanun qəbul olunmuşdur, lakin həmin qanuna 70-dən çox dəyişikliklər edilsə də ancaq müasir çağırışların tələbləri ilə uzlaşmırdı. Bu baxımdan da yeni qanun artıq yeni çağırışlara uyğunlaşdırılıb. Bu qanun layihəsi media sahəsində yeni, müasir islahatların həyata keçirilməsinə töhfə verəcək. Çünki burada müxtəlif aspektlər müasir çağırışların tələblərinə uyğunlaşdırılmışdır. Qeyd edim ki, yeni qanun layihəsi çox mükəmməl hazırlanıb və bu qanun layihəsi ölkəmizdə yeni reallığa uyğun medianın təkmilləşdirilməsinə xidmət edəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top