UNESCO: “Azərbaycanın azad olunan ərazilərinə tezliklə missiya göndərəcəyimizə ümid edirik”

MƏDƏNİYYƏT 06 dek 2021, 14:34
YUNESKO Azərbaycanın işğaldan azad edilən ərazilərinə və Qarabağa faktaraşdırıcı missiya göndərmək üzərində işləyir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq təşkilatın mətbuat xidmətindən bildirilib.

“Hazırda Qarabağda bu missiyanın təşkili üzərində işləyirik. Ümid edirik ki, bu, tezliklə mümkün olacaq, lakin hazırda lazımi şərait yoxdur. Mövzu ilə bağlı ətraflı məlumat əldə etməyə çalışırıq”, - YUNESKO-da qeyd olunub.

Xatırladaq ki, mədəniyyət naziri Anar Kərimov sonuncu çıxışlarında UNESCO missiyasının azad edilmiş ərazilərə səfəri ilə bağlı danışıqların davam etdirildiyini bildirib: "Azərbaycanın şərtləri və bu missiyanın təşkili ilə bağlı texniki detallar UNESCO-ya çatdırılıb. Məsələ ilə bağlı UNESCO qərar verməlidir. Biz onların bu məsələdə ədalətli və qərəzsiz mövqe tutmalarını gözləyirik".

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top