Tuzla bələdiyyə sədri Şadi Yazıcı: “Bütün azərbaycanlı qardaşlarımızı gənclik və mədəniyyət tədbirlərində görmək istəyirik”

REGİON 05 dek 2021, 15:30
Türkiyə Mədəniyyət Nazirliyinin, Gənclik və İdman Nazirliyinin dəstəyi, İstanbulun Tuzla rayonu bələdiyyəsinin təşkilatçılığı ilə həyata keçirilən Gənclik və Mədəniyyət tədbiri başlayıb.

Demokrat.az
xəbər verir ki, bu tədbirdə ölkənin müxtəlif yerlərindən gələn əl sənəti ilə məşğul olan sənətkarlar, teatrların aktyor və aktrisaları öz bacarıqlarını tədbir iştirakçılarına nümayiş etdiriblər. Eyni zamanda iştirakçılar müxtəlif janrlarda filmləri izləmək şansı əldə ediblər.

Türkiyənin zəngin film keçmişi kimi tanınan "Yeşilçam"ın yaşayan aktyor və aktrisaları da səhnədə çıxışları ilə gələn izləyiciləri sanki keçmişə aparıblar.

Tuzla rayonunun bələdiyyə sədri Şadi Yazıcı İstanbulda olan azərbaycanlılara çağırış edib: "Qardaşlarımızı Tuzlada keçirdiyimiz tədbirimizdə görməkdən çox məmnun olarıq. Bu tədbirdə keçmişdən bugünə gələn mədəniyyətimizin xüsusi izlərinin şahidi ola bilərlər. Tədbirimizdə iştirak edərək buradakı xoş əhval - ruhiyyədən onlar da yararlana bilərlər".

Qeyd edək ki, Gənclik və Mədəniyyət tədbiri 15 gün davam edəcək.
Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top