Qaydaları pozan koronavirus xəstəsinə cinayət işi açıldı

SOSİAL 05 dek 2021, 13:30
Tovuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu yayıb.

Bildirilib ki, koronavirus testinin nəticəsi pozitiv çıxan rayonun Aşağı Quşçu kənd sakini Hacı Asif Bəxtiyar oğlunun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etdiyi aşkarlanıb.

Polis əməkdaşları onu özünə məxsus avtomobillə hərəkətdə olan zaman saxlayaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Faktla bağlı İstintaq Bölməsində Cinayət  Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top