ABŞ-ın 10 ştatında koronavirusun “Omikron” ştammı aşkarlandı

DÜNYA 04 dek 2021, 23:29
ABŞ-ın azı 10 ştatında koronavirusun "Omikron" ştammına yoluxma faktı qeydə alınıb.

"Report" "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyətin hesablamalarından məlum olub. 

Nəşr bildirib ki, virusun yeni ştammına yoluxma hallarının əksəriyyəti Afrikanın cənubuna səfər etmişlərdə qeydə alınıb. Lakin azı Havay və Minnesota ştatlarında "Omikron" ABŞ-ı tərk etməmiş pasiyentlərdə aşkarlanıb.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzinin statistik məlumatına əsasən, son günlərdə ölkədə yoluxma halları artır. Dekabrın 2-də ABŞ-da 138,4 min yeni yoluxma faktı qeydə alınıb, halbuki bazar ertəsi bu göstərici 102 minə bərabər idi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top