Əziz Səncər: “Qarabağın azad olunması hər kəsdə özünəinam yaradıb”

XARİCİ SİYASƏT 02 dek 2021, 13:16
"Sonuncu dəfə Azərbaycana 2017-ci ildə gəlmişdim. 2017-ci illə indiki elm arasında müqayisə aparmağım mümkün deyil. Buna səbəb indiki səfərimdə elm adamları ilə görüşməməyimdir".

Demokrat.az xəbər verir ki, bu fikirləri dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Səncər UNEC İqtisadi Forumu çərçivəsində "Postpandemiya dövründə elm və təhsil" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əvvəlki səfərində hər kəsi düşündürən yalnız Qarabağ problemi var idi: "Bu gəlişimdə Qarabağın azad olunması var və bu, hər kəsdə özünəinam yaradıb. Təbii ki, bu azadlıq elmi iş üçün də önəmlidir. Ümid edirəm ki, bu, elmə də təsir edəcək".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top