Şəhid kapitanın xanımı iki ay əvvəl atasını da itiribmiş... — FOTO

GÜNDƏM 01 dek 2021, 22:30

Ötən gün səhər saatlarında Xızıda baş verən helikopter qəzasında həlak olan Dövlət Sərhəd Xidmətinin 14 hərbi qulluqçusundan biri də kapitan Cavid Bayramlıdır.

 Cavid Əhliman oğlu Bayramlı 1994-cü ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub.

“Bizim.Media”nın məlumatına görə, Cavid Bayramlının həyat yoldaşı Nuray iki ay əvvəl atasını itirib. Onların bir qız övladı var. Ailə Yasamal rayonunda yaşayıb.

Dünən helikopter qəzası ilə bağlı məlumat yayılandan sonra sosial şəbəkələrdə şəhid olan hərbçilərimizlə bağlı görüntülər paylaşıldı. Yayılan görüntülərin birində kapitan Cavid, “Mən indi gedirəm, öpürəm, mənimlə fəxr etsin hamı”, - demişdi...

 





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top