“Paşinyan Soçidə danışıqlar masası arxasında yox, hardasa masanın altında olub...”

REGİON 29 noy 2021, 23:20
“Soçidə imzalanmış bəyanatda Ermənistanın maraqlarına cavab verən bir bənd də tapmadım".

Yenisabah.az xəbər verir ki, bu fikiri Ermənistan parlamentinin deputatı Ayk Mamicanyan "24News"a müsahibəsində səsləndirib.

"ArmenianReport" nəşrinin yazdığına görə, “Şərəfim var” fraksiyasının katibi bildirib ki, bəyanatda nə hərbi əsirlərin geri qayıtma tarixi, nə Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında həlli məsələsi, nə də Qarabağın statusu qeyd olunur.

Mamicanyan Nikol Paşinyanın danışıqlar aparan şəxs kimi görünməməsini, danışıqlar masası arxasında yox, hardasa masanın altında olmasını deyərək baş naziri tənqid edib.

“Paşinyanın mətbuat konfransı yalanlar toplusu idi, onun açıqlamaları yalnız daxili auditoriya üçün nəzərdə tutulub. Baş naziri məhbus və sərhəd məsələləri maraqlandırmır, ancaq dövlət bağ evinin olması, hakimiyyətdə qalması maraqlandırır. Şuşa məsələsinin müzakirə mövzusu olması iyrənc yalandır. Şuşa məsələsinin danışıqlara daxil edildiyi ilə bağlı ən azı bir sənəd olsaydı, çoxdan dərc olunardı", - deyə  Mamicanyan əlavə edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top