Deputat: “Ermənilərin səhvlərini düzəltmələri üçün şans var, əks halda...”

GÜNDƏM 26 noy 2021, 13:20
“Regionda yaranmış reallıqlar Ermənistan tərəfindən qəbul edilmir və o, bəzi məsələlərin həllinni gecikdirərək öz məqsədlərinə xidmət edən müqavilənin imzalanmasına nail olmaq istəyirlər. Çox təəssüflər olsun ki, Ermənistanda hələ də revanşist fikirləri təbliğ edən, habelə Azərbaycana, ümumiyyətlə, türklərə və müsəlmanlara qarşı nifrət hissi aşılayan siyasətçilər və müxalif mövqedə olan nümayəndələr var. Onlar Azərbaycan və Ermənistan arasındakı yaxınlaşmaya və sülh müqaviləsinin imzalanmasına hər vəchlə mane olmağa çalışırlar”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, ermənilər Azərbaycana olan nifrətlərini istənilən platformadan çəkinmədən, açıq-aydın səsləndirirlər: “Bu cür yanaşmalardan biri də Ermənistanın müxalif partiyalarından birinin rəhbəri olan Zaruhi Postanjnyandır. O, bizim dövlət və millətimiz əleyhinə həqiqətə uyğun olmayan, təhqiramiz fikirlər səsləndirir. Bu fikirlər qətiyyən qəbul edilmir. Təəssüf ki, bu qədər nifrətlə yaşayanlar, həqiqətləri dərk edə bilməyənlər var. Unudurlar ki, onlar iki əsr ərzində türklərə qarşı nifrətlə yetişdiriliblər. Faktiki olaraq, onlar ötən 30 ildə heç nə əldə edə bilməyiblər. Ömür boyu kin və küdurətlə yaşayan, qonşulara qarşı nifrət bəsləyən, davamlı olaraq terror və soyqırım törədən ermənilərin bu əməllərinin qarşısı, nəhayət ki, alındı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli ordusu erməni faşizmi və terrorizmini durdurdu. Yəni, erməni terrorunun qarşısını tamamilə almaq mümkün olmasa da, biz işğalçını öz ərazilərimizdən qovub çıxara bildik,  onlara sarsıdıcı zərbələr vurduq. Lakin erməni faşizmi hər an yenidən baş qaldıra bilər, çünki onlar terror və qisasdan bəhrələnirlər. Ermənistan dövlətinin əsasını da terror təşkilatları təşkil edir. Lakin bununla yanaşı Ermənistanda reallıqları anlayan, bu gün var olduqlarını əslində elə türklərə, azərbaycanlı və müsəlmanlara borclu olduqlarını anlayan bir qrup insan da var. Köçəryan və Sərkisyan kimilər isə gec, ya tez səhv yolda olduqlarını başa düşəcək, Prezident İlham Əliyevin humanist yanaşmalarını düzgün dəyərləndirəcəklər. Mən erməniləri təhqir etməyi özümə sığışdıra bilmirəm, çünki onların kim olduğu barədə dünyanın dahi siyasətçiləri kifayət qədər fikir səsləndiriblər. Yəni, onların Qafqaza necə gəlib, burada yerləşmələri məlumdur. İstənilən halda, xeyir şər üzərində qələbə çalıb, lakin ermənilərin səhvlərini düzəltmələri üçün şansları var. Əks halda, “dəmir yumruq” yerindədir və həmin “dəmir yumruq” hər an düşmənin başına zərbə endirə bilər”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top