Rus deputatdan həyasız çıxış: “Qarabağ müstəqil dövlət olmalıdır”

GÜNDƏM 25 noy 2021, 22:46

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin yenidən ermənilərin qəlbini “riqqətə” gətirəcək açıqlama verib.

Bu dəfə rus deputat  Molnya TV-yə açıqlamasında Qarabağla bağlı danışıb.

O deyib ki, Qarabağ məsələsini hələ 1994-cü ildə həll edilə bilərdi. “Həmin vaxt ıəlverişli imkan və fürsət yaranmışdı. Lakin şans qaçırıldı”.

Zatulin bildirib ki, Şuşa şəhəri bütün sənədlərdə qeyd olunan 7 rayona daxil deyil. “Şuşanın məlum 7 rayona heç bir aidiyyatı yoxdur. Ona görə də, Qarabağ ermənilərinin öz müqəddəratlarını təyin etmək hüququ olmalıdır. Qarabağ “müstəqil” olmalıdır”.

Qeyd edək ki, Konstantin Zatulin Rusiya Dövlət Dumasının deputatından daha çox, Ermənistanın vəkili kimi şıxış edir. Onun bütün açıqlamalarında Azərbaycana qarşı qəzəb var. Bu da səbəbsiz deyil. Çünki Zatulin Rusiyanın Soçi şəhərindən deputat seçilib. Orada isə çoxlu sayda erməni seçici yaşayır. Həmçinin erməni diasporu vaxtaşırı onun boğazını “yağlamaqla” özlərinə işlətməyə nail olub. Sonucu açıqlaması isə həyasızlığın son həddidir./jamaz.info

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top