Tehranda Şuşi xiyabanı, Nardaran küçəsi?

GÜNDƏM 25 noy 2021, 15:19
Noyabrın 23-də Tehran Şəhər Şurası bəzi küçə və şəhər adlarının dəyişdirilməsi haqqında qərar verib. Bu qərarda Azərbaycanla bağlı son dərəcə önəmli məqamlar var və Azərbaycan hökuməti bu qərarları ən azı süngü ilə qarşılamalıdır.

Məsələn, Tehrandakı Məryəm Xiyabanı bundan sonra Şuşi xiyabanı adlandırılacaq. Yox, səhv oxumadınız məhz Şuşi, Şuşa yox, yəni bu şəhərin erməni adına üstünlük verilib. Xatırladım ki, Qacarlar xanədanının nümayəndəsi İran şahı Ağa Məhəmməd Şah Qacar məhz Şuşa şəhərində öldürülüb. Düşünün ki, indi Tehran Şəhər Şurası İran şahına deyir ki, ey qibleyi-aləm, sən Şuşada yox, Şuşidə öldürülmüsən...

İkinci önəmli məqam isə Tehrandakı Pənah Xiyabanına Nardaran adının verilməsidir. Bəllidir ki, Nardaran Azərbaycanın ən radikal dini mərkəzlərindən biridir. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə bu kəndi az qala çəxsi ofisinə çevirmişdi.

Tehrandakı Baradaran küçəsinə isə Badikubə adı verilir, yəni Bakı şəhərinin fars variantı. Hə, necədir?

Tehran Şəhər Şurası İran ermənilərini də unutmayıb. Bundan sonra İran paytaxtında Rostom Voskanian, Vartan Hovanessian küçələri də olacaq.(visiontv.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top