Uşağa görə verilən 200 manat pulu necə almaq olar? — VİDEO

SOSİAL 25 noy 2021, 11:32
Ölkəmizdə uşağın anadan olmasına görə birdəfəlik 200 manat məbləğində müavinət nəzərdə tutulub. Apardığımız sorğu onu göstərdi ki, bu müavinətdən hələ də xəbərsiz olan valideynlər var. Sıradakı süjetimiz sözügedən müavinətin əldə edilməsi prosedurlarından bəhs edir.

2019-cu ilin aprelin 1-dən Dövlət Sosial Müdafiə Fondu tərəfindən uşağın anadan olmasına görə 200 manat məbləğində birdəfəlik müavinət müəyyənləşdirilib. Lakin bu müavinəti alanlar da var, bundan xəbərsiz olanlar da.

DSMF-nin mətbuat katibi Rəşad Mehdilinin sözlərinə görə, uşağın anadan olmasına görə birdəfəlik müavinəti həm işləyən, həm də işləməyən valideynlər ala bilər.

Rəşad Mehdili bildirib ki, işləyən valideynə məcburi dövlət sosial siğortası hesabına uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyinatı proaktiv qaydada həyata keçirilir.

Rəşad Mehdili bildirib ki, hər iki valideyn işləmədiyi halda birdəfəlik müavinət Azərpoçt MMC vasitəsilə çatdırılır. Həmin vəsaiti Azərpoçtun istənilən filial və ya şöbəsindən əldə edə bilərlər. 

Qurum rəsmisi əlavə edib ki, müavinətlə bağlı əlavə məlumat almaq üçün DSMF-nin sosial siğorta və fərdi uçot üzrə mərkəzi filialının çağrı mərkəzinin (012)562 20 11 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Qeyd edək ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət üçün müraciət müddəti məhdudlaşdırılmır.
 


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 dek 2021, 08:30
Top