Azərbaycanlı hərbi həkim vəfat etdi

SOSİAL 24 noy 2021, 13:29
Azərbaycanlı tanınmış neyrocərrah vəfat edib. 

Demokrat.az xəbər verir ki, hərbi həkim uzman neyrocərrah Azər Əkbərov 42 yaşında dünyasını dəyişib.

Həkim son olaraq 2015-ci ildən işə başladığı Respublika Diaqnostika Mərkəzində həkim-neyrocərrah vəzifəsində çalışırdı.

Qeyd edək ki, A.Əkbərov 1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2004-2005-ci illərdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında cərrahiyyə ixtisası üzrə ilkin ixtisaslaşma kursu keçib. 2014-cü ildə Gülhanə Hərbi Tibb Akademiyasında uzmanlıq təhsilini başa vurub.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:46
Top