“32 erməni hərbçi saxlanılıb”

REGİON 23 noy 2021, 23:39

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin sərhəddə törətdiyi təxribat zamanı saxlanılan erməni hərbçilərin sayını açıqlayıb.

 Baş nazirin sözlərinə görə, bu rəqəm Ermənistan Müdafiə Nazirliyinin açıqladığı kimi 19 yox, 32-dir.

Paşinyan bildirib ki, saxlanılan 32 erməni hərbçi ilə bağlı məlumatlar dəqiqləşdirilir.

"Başa düşürəm, belə danışmaq yersizdir... Amma altı ölü, 24+8 saxlanılan var. Bununla belə, məlumatları dəqiqləşdirmək lazımdır. Üstəlik, saxlanılanlar arasında yaralılar da var”, - Paşinyan deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top