Gələn aydan Naxçıvana uçuşlar dayandırılır? — AÇIQLAMA

SOSİAL 21 noyabr 2021, 23:30

AZAL QSC-nin rəsmi nümayəndəsi Paşa Kəsəmənski Qazet.az-ın sorğusuna cavab olaraq, bilet satışının texniki səbəblərə görə müvəqqəti dayandırıldığını bildirib

Dekabr ayının 1-dən etibarən Naxçıvana reyslərin dayandırılması ilə bağlı Qazet.az redaksiyasına məlumat daxil olub.

Məsələ ilə bağlı AZAL-ın qaynar xətti ilə əlaqə saxladıq. Qaynar xəttin operatoru 1-dekabrdan hər iki tərəfə bilet satışının olmayacağını bildirib.

AZAL QSC-nin rəsmi nümayəndəsi Paşa Kəsəmənski  bildirib ki, “Bilet satışı texniki səbəblərə görə müvəqqəti dayandırılıb və texniki nasazılıq aradan qaldırıldıqdan sonra satış bərpa olunub”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 00:28
17 sentyabr 2025, 23:12
17 sentyabr 2025, 22:39
Top