Mehriban Əliyeva Qarabağ müharibəsi əlili üçün ev tikdirir — FOTOLAR

SOSİAL 22 fev 2019, 12:38

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ucar rayonu, Qaracallı kənd sakini, ağır mənzil-məişət şəraitində yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili Şöhrət Qasımov üçün fərdi ev tikilməsi barədə tapşırıq verib.

 

Bu barədə Demokrat.Az-a Heydər Əliyev Fondundan məlumat verilib.

 

Qeyd edək ki, Şöhrət Qasımovun Fondun "Regional İnkişaf" İctimai Birliyinə daxil olmuş müraciəti əsasında əraziyə baxış keçirilib və tikinti ilə bağlı layihələndirmə işləri aparılıb.

 

Ev Heydər Əliyev Fondunun vəsaiti hesabına Şöhrət Qasımova məxsus həyətyanı sahədə inşa olunacaq.

 

Yeni evin tikintisinin yaxın müddətdə yekunlaşması nəzərdə tutulur.

 

Ag Yol adlı şəxsin şəkli.

Ag Yol adlı şəxsin şəkli.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top