Avropanın bu ölkələrində koronavirus məhdudiyyətlərinə qarşı etirazlar oldu

DÜNYA 20 noyabr 2021, 21:34
Bu gün Avropanın bir sıra ölkələrində Koronavirusa qarşı mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlərə etiraz olaraq aksiyalar keçirilib.

Demokrat.az
TASS-a istinadən xəbər verir ki, Böyük Britaniya, Xorvatiya, Litva və Avstriyanın mərkəzi şəhərlərində minlərlə insan küçələrə çıxaraq əsasən məcburi peyvəndləməyə, “COVİD pasport”lara qarşı etirazlarını nümayiş etdiriblər.

Etirazçılar “Mənim bədənim, sağlamlığım, mənim qərarım”, “Hamı üçün azadlıq, peyvənd etməyə məcburiyyət yoxdur”, “Millət artıq hakimiyyət üçün mövcud deyil, öldü” və s. şüarlar səsləndiriblər.

Nümayişlərin sakit keçdiyi bildirilir, polisin müdaxiləsi olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top