Goranboy sakini minaya düşdü — YENİLƏNİB

HADİSƏ 20 noy 2021, 13:46
"Minaya düşən Goranboy sakini Şahin Qarayev sol ayağından ciddi xəsarət alıb".

Bu barədəd Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bildirib.

O qeyd edib ki, hazırda yaralı xəstəxanaya aparılır.

***13:22

Goranboy rayon sakini minaya düşüb.


Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlunun örüş sahəsində heyvan otaran zaman minaya düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

"Hazırda Goranboy Rayon Polis Şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunublar", - Mətbuat Xidmətindən bildirilib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top