Deputat bezdi: “Belə olmaz, gündə ayrı-ayrı adamlar 10-15 dəfə zəng edib kömək istəyirlər”

GÜNDƏM 19 noy 2021, 13:29
“Cəmiyyətdə müəyyən qrup düşünür ki, deputat onlara kömək etməyə borcludur. Nəzərə almaq lazımdır ki, millət vəkilinin müəyyən qədər gəliri var və imkansız, ehtiyacı olan ailələrə də yalnız imkan daxilində kömək edə bilər. Daha çox imkanı olan çox, gəliri az olan isə müqayisədə daha az kömək edir. Deputatlar arasında bu məsələ ilə bağlı fərq qoymaq da doğru deyil. Yəni, bu, təbii haldır”.

Demokrat.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

O bildirib ki, bəzən kömək edilən vətəndaşlar bu barədə heç kimə heç nə deməməyi tapşırırlar: “Cəmiyyətdə belələri də var, şəxsən şahidi olmuşam. Adətən isə ümumiyyətlə, seçicilər qalır kənarda, digər vətəndaşlar müraciət edərək kömək istəyirlər. Axı mənim öz seçicilərim də var. Vay o günə ki, iki dəfə kömək edəndə, bir dəfə kömək edə bilməyəsən! Əsas tənqidlər elə həmin vaxt başlayır. Unutmaq olmaz ki, deputatlar yalnız müəyyən qədər kömək edə bilirlər. Qarşıdan bayram gəlir, bu günlərdə şəhid ailələri, qazilərə baş çəkmək lazımdır. Əlbəttə ki, belə olan halda ilk seçim seçicilər arasında ediləcək. Belə olmaz, gündə ayrı-ayrı adamlar 10-15 dəfə zəng edib kömək istəyirlər. Təkrar edirəm, deputatlar yalnız imkan daxilində kömək edə bilərlər”.(pravd.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top