Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirildi — FOTOLAR

HƏRBİ 19 noy 2021, 12:37
Təsdiq olunmuş illik döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimdə bölmələrin müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi, təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub.

Bölmələrin qarşılıqlı fəaliyyətinin, komandirlərin çevik qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də döyüşlərin fasiləsiz idarə olunması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə müxtəlif təlim-döyüş tapşırıqları icra olunub.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top