Avropa çempionatı: Azərbaycanın şahmat millisi Ermənistanla qarşılaşacaq

İDMAN 17 noy 2021, 11:19
Şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisinin Sloveniyanın Çatej şəhərindəki Avropa çempionatında növbəti rəqibi bəlli olub.

Demokrat.az xəbər verir ki, yığma VI turda Ermənistanla üz-üzə gələcək.

Qadınlardan ibarət komanda isə İtaliya seçməsi ilə görüşəcək.

Qeyd edək ki, VI turun qarşılaşmaları noyabrın 18-də keçiriləcək. Kişilərdən ibarət milli 8 xalla 1 - 6-cı yerləri bölüşdürür. Qadınlar isə 4 ölkə ilə birlikdə 7 xalla 4 - 7-ci yerlərdə gedirlər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top