Bu il neçə üçəm və dördəm doğulub? — STATİSTİKA

SOSİAL 15 noy 2021, 19:28

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 82 928 doğulan körpə qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 11,1 təşkil edib.

Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,5 faiz, qızların xüsusi çəkisi isə 46,5 faiz olub.

Körpələrdən 2104-ü əkiz, 60-ı üçəm, 4-ü isə dördəm doğulanlardır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top