Ermənistanın Qarabağa gedən müdafiə naziri işdən qovuldu — Yeni müdafiə nazirinin rüsvayçı keçmişi...

REGİON 15 noy 2021, 15:48
Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad edib.

Demokrat.az xəbər verir ki, Suren Papikyan müdafiə naziri təyin olunub.

N.Paşinyanın müavini olan S.Papikyan ərazi idarəetmə və infrastruktur nazirinin səlahiyyətlərini icra edəndə Ermənistandakı çaylarda suyun səviyyəsi 80 faiz azalmışdı.

Suren Papikyanın tərcümeyi halında daha bir qaranlıq detal var. Kimdir Suren Papikyan?

Bu günədək N.Paşinyanın müavini olmuş S.Papikyan 1986-cı ilin aprelin 26-da Ermənistanın Stepanavan şəhərində doğulub. İrəvan Dövlət Universitetinin tarix fakultəsini bitirib, 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetinin aspiranturasında təhsil alıb. 2018-ci ildə Ermənistanın ərazi-idarəetmə və infrastruktur naziri təyin olunub. 2021-ci ilin avqustun 2-də baş nazirin müavini postuna yiyələnib.

2016-cı ildə Ermənistan Müdafiə Nazirliyinin "Qaregin Njde" ordeni ilə təltif olunub.

Bu, Papikyanın rəsmən açıqlanan tərcümeyi-halıdır.



Reallıq isə budur ki, Suren Papikyan Ermənistan Silahlı Qüvvələrində hərbi xidmətdə olarkən taqım komandiri tərəfindən dəfələrlə, sistematik zorlanıb. Bundan bezən S.Papikyan komandirini bıçaqlayıb. Faktla bağlı cinayət işi açılıb. 2006-cı ilin martın 27-də S.Papikyan İrəvandakı 5-ci qarnizon hərbi məhkəməsinin qərarı ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. O, cəzasını Nubaraşen şəhərindəki islah-əmək düşərgəsində çəkib.

2007-ci ilin fevralın 23-də isə əfv fərmanına uyğun olaraq azadlığa çıxıb.(avropa.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top