Abdullah Öcalanın qardaşı koronavirusdan öldü

DÜNYA 15 noy 2021, 10:40
PKK terror təşkilatının lideri Abdullah Öcalanın qardaşı Osman Öcalan dünyasını dəyişib.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, Osman Öcalan koronavirusdan vəfat edib.

O.Öcalan uzun müddət Ərbildə yerləşən bir xəstəxanada reanimasiyada COVID-19-dan müalicə alıb.

Qeyd edək ki, 1958-ci ildə Şanlıurfada doğulan Osman Öcalan 1978-ci ildə Liviyada təlim gördükdən sonra PKK terror təşkilatına qatılıb. Buna baxmayaraq, 1992-ci ildə İraqın Kürd partiyası ilə atəşkəs imzalamasından sonra PKK tərəfindən həbs edilib. Bununla belə, Osman Öcalan 1994-cü ildə təşkilatdan ayrılıb, sonra geri qayıdıb və 2004-cü ildə yenidən təşkilatı tərk edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top