İranda koronavirusla bağlı son vəziyyət

REGİON 14 noy 2021, 16:33

İranda ötən sutka ərzində 125 nəfər koronavirusdan (COVID-19) ölüb, 6 143 nəfər yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 128 167 nəfərə, yoluxanların sayı isə 6 037 718 nəfərə çatıb. Virus daşıyıcılarından 3 510 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5 695 949 nəfər koronavirusdan sağalıb, 37 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 98,4 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 55,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 514 min təşkil edir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 noy 2021, 23:26
Top