Fərhad Abdullayev beynəlxalq məhkəmələrdə Ermənistana qarşı qaldırılan işlərdən danışdı

DAXİLİ SİYASƏT 12 noy 2021, 10:27
"Azərbaycan 30 ilə yaxın müddətdə öz suveren ərazilərinin Ermənistanın qanunsuz hərbi işğalından irəli gələn müxtəlif beynəlxalq hüquq pozuntuları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib".

Demokrat.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

"Ermənistana qarşı beynəlxalq səviyyədə hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi ilə bağlı İnsan Hüquq­ları üzrə Avropa Məhkəməsinə Azərbaycan vətəndaşlarının hü­quqlarının Ermənistan tərəfindən davamlı şəkildə pozulduğunu və BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edilərək BMT-nin 1965-ci il tarixli “İrqi ayrı-seçkiliyin bütün formala­rın ləğv edilməsi haqqında” beynəlxalq konvensiya əsasında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı uzun müddət etnik təmizləmə siyasətinin aparılmasını sübut edən faktlar təsbit olunub", - o vurğulayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top