Semyon Peqov Qarabağa gəldi — FOTO

GÜNDƏM 11 noy 2021, 20:30

Azərbaycanın axtarışa verdiyi bloger, “Wargonzo” layihəsinin yaradıcısı Semyon Peqov yenə Qarabağa gəlib. 

Semyon Peqov sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan ərazilərdə olub. O həmçinin, Əsgəran qəsəbəsinin Ağdamla qonşu olan hissəsində qanunsuz xidmət aparan qanunsuz erməni hərbi birləşmələrinin üzvləri ilə görüşüb, onlarla şəkil çəkdirib.

Peqov Azərbaycan Ordusunun mövqelərinin də foto və video çəkilişlərini aparıb.

Xatırladaq ki, Semyon Peqov II Qarabağ Müharibəsində Azərbaycana qarşı aparılan qərəzli informasiya müharibəsinin əsas ruporlarından biri olub.

Faktla bağlı 2020-ci ildə noyabrında  Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.


modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top