Hərbi

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etdi — FOTOLAR

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etdi — FOTOLAR

Rusiyada işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 10-da Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə MDB iştirakçı-dövlətlərinin müdafiə nazirləri Moskva şəhərindəki Aleksandr bağında Naməlum əsgər abidəsini ziyarət edərək önünə çələng və gül dəstələri qoyublar. Xatirə fotosu çəkdirilib.

Sonra gündəmdə duran məsələlər iclasda müzakirə olunub.

Demokrat.az

D
demokrat.az