Vahid Əhmədov Vətən Müharibəsi Qəhrəmanının il mərasimində iştirak etdi — FOTOLAR

GÜNDƏM 04 noy 2021, 13:32
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vahid Əhmədov, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Quba rayon İcra Hakimiyyətinin və rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə birlikdə şəhid, Vətən Müharibəsi Qəhrəmanı Allahyarov Şahin Hüseynbala oğlunun il mərasimində iştirak edib.
 
Quba rayonunun Zizik kəndindən olan şəhid Allahyarov Şahin işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub.
 
Şahin Allahyarova Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsinin yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
 
Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

 

 

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top