Azərbaycanın Ukraynadakı səfirliyi Xarkovda “Açıq qapı” günü keçirdi — FOTO

QARABAĞ 23 okt 2021, 14:34
Azərbaycanın Ukraynadakı səfirliyi Xarkov şəhərində yaşayan soydaşlarımız üçün “Açıq qapı” günü keçirib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Xarkovda fəxri konsulluğunda keçirilən görüşdə səfirliyin konsulu Hüseyn Mərcanov soydaşlarımızın müraciətlərini ayrı-ayrılıqda dinləyib, qaldırılan problemlər ətrafında müzakirələr aparılıb.

Səyyar görüşdə bəzi məsələlər yerindəcə həll olunub.

H.Mərcanov bildirib ki, Ukraynada yaşayan soydaşlarımızın üzləşdiyi problemlərin daha səmərəli həlli üçün səfirlik ölkənin müxtəlif şəhərlərində bu cür görüşləri davam etdirəcək. Vətəndaşlarla səyyar görüşlərin intensiv keçirilməsinin məqsədi soydaşlarımızın problemlərini yerindəcə araşdırmaq və müvafiq qərarlar çıxarmaqdır.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top