Yeni doğulanlar arasında qız uşaqlarının sayı azalıb — Fəsadları nə ola bilər?

SOSİAL 21 okt 2021, 21:24
 Ötən illərə nisbətdə Azərbaycanda yeni doğulanların arasında qız uşaqlarının sayı azalıb. Bu hal bir neçə ildir ki, davam etməkdədir. Bəs görəsən, ildən-ilə azalan qız uşaqlarının sayı gələcəkdə hansı fəsadlara səbəb ola bilər?

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Moderator.az-a danışdı:

“Doğrudur, bir ölkədə oğlan uşaqlarının sayı çox olanda orada müəyyən problemlər yarana bilir. Buna misal olaraq Çini göstərmək olar. Bir müddət Çində bir uşaqdan artıq övlad dünyaya gətirməyə icazə verilmirdi. Onlar da çalışırdı ki, o bir uşaq oğlan olsun. Nəticədə isə Çində gənclər arasında 32 milyon oğlan qızdan artıqdır. O da orada problem yaradıb. Çində insanlar, xüsusən də gənclər çox məşğuldurlar. Buna baxmayaraq, onların evlənməklə bağlı problemləri yaranıb. Bu da bizim vətəndaşları narahat edir. Amma bizdə vəziyyət o cür deyil. Ölkədə oğlan uşağının çox doğulması yaxşı bir haldır. Çünki oğlan uşaqları orta məktəbi bitirəndən sonra çoxu ölkəni tərk edir. Statistikaya əsasən xaricə gedənlərin əksəriyyəti oğlan uşaqları olur. Onda 20 yaşına çatanda ölkədə qız uşaqları olduqca çox olur. Övladlarını tələf edən, qatilinə çevrilən valideynlər də mənəvi bir sarsıntı keçirir. Bu sarsıntı cəmiyyətdə yayılır. Cəmiyyətin özü mənəvi-psixoloji cəhətdən gərginlik yaşayır. Yəni qız uşaqlarının sayının çox olmasının heç bir qorxusu yoxdur. 
 
 Məktəbi bitirəndən sonra oğlan uşaqları xaricə gedir, yol qəzalarında dünyalarını daha çox kişilər dəyişir.  Elə ötənilki müharibədə 3000-ə yaxın şəhid verdik. Bütün bunlarla bərabər, oğlanlarla qızların sayı başa-baş gəlir. Əgər oğlanlarla qızlar bərabər doğulsa, bu, problem yaradardı. 

Bəzən vətəndaşlarımız eşidir ki, başqa ölkdə oğlanların sayının çoxalması  problem yaradıb, o zaman təşvişə düşərək “Bəs biz qızları haradan tapacağıq”-deyə düşünməyə başlayırlar. Çox zaman da bunu millət vəkillərinin, cəmiyyətdə nüfuzlu şəxslərin ifadəsində eşidirik. Ancaq məslə heç də göründüyü  kimi deyil. Sosioloqu da bəzən dinləmək lazımdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top