Deputat: "Prezidentin Füzulidə səsləndirdiyi fikirlər Azərbaycanın bütün ssenarilərə hazır olduğunu göstərdi"

GÜNDƏM 19 okt 2021, 18:45
“Prezident İlham Əliyevin Füzuli şəhərinə səfər etməsi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşməsi və səsləndirdiyi fikirlər həm ölkədə, həm də ölkədən kənarda böyük diqqət çəkdi. Prezident vurğuladı ki, Füzuli erməni vandalizminə ən çox məruz qalmış və minalarla çirkləndirilmiş ərazidir. Demək olar ki, şəhər tamamilə dağıdılıb, yerlə-yeksən edilib. Azərbaycanın işğaldan azad edilən ərazilərində gördüyü işlər isə nümunəyə çevrilib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov bildirib.

Deputat qeyd edib ki, dövlət başçısının Füzuli rayonunda səsləndirdiyi fikirlər Azərbaycanın bütün ssenarilərə hazır olduğunu göstərdi:

“Azərbaycan tərəfindən Füzuli işğaldan azad olunduqdan sonra minalardan təmizlənməsi və paralel olaraq infrastruktur işləri həyata keçirilir. Bu işlərin sürətlə aparılması da ölkəmizin gücünü göstərir. Qısa zaman içərisində dünya standartlarına uyğun Füzuli Beynəlxalq Hava Limanının tikilməsi Azərbaycanın nəyə qadir olduğunu bir daha sübut etdi. Bu, həm uğurlu daxili siyasətin, həm də iqtisadi gücün bəyanıdır. Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla təkcə öz düşməninin başını əzmədi, həm də region və dünya dövlətləri üçün təhlükəli ola biləcək erməni faşizmini məğlub etdi. Prezident ənənəvi görüşdə həm də xarici qüvvələrə vacib mesaj verdi. Prezident bir daha qeyd etdi ki, Azərbaycan müstəqilliyi uğrunda hər cür mübarizəyə hazırdır. Bununla da, dövlət başçısı müstəqilliyimizlə bağlı heç bir qüvvəyə güzəştə getməyəcəyimizi bildirdi”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top