Hikmət Hacıyev: "Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi"

GÜNDƏM 16 okt 2021, 11:58
Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi.

Demokrat.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Suqovuşan və Talış kəndlərinə səfərlə bağlı "Twitter" səhifəsindəki paylaşımında deyib.

H.Hacıyev qeyd edib: "Prezident İlham Əliyevin tapşırığı ilə diplomatik korpusun nümayəndələri ilə birgə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 2020-ci il noyabrın 10-dan etibarən 7-ci dəfə səfər edirik. Bu dəfə səfər Suqovuşan və Talış kəndlərinə olacaq. Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top