Rusiyaya qanunsuz yollarla 200 kq geyim keçirmək istəyən azərbaycanlılar saxlanılıb

SOSİAL 15 okt 2021, 23:37
Rusiyanın Sankt-Peterburq şəhərindəki Pulkovo hava limanında iki Azərbaycan vətəndaşı saxlanılıb.

İstanbuldan gələn azərbaycanlılar Türkiyə istehsalı olan 200 kq-dan çox xəz geyimləri, ayaqqabı və digər paltarları öz üzərlərində, eləcə də baqajlarında qanunsuz yollarla gömrük sərhədindən Rusiyaya keçirməyə cəhd ediblər.

Onlar gömrük nəzarəti zonasına daxil olarkən, müəyyən edilən həddən artıq malları gömrük nəzarətinə elektron və ya yazılı formada bəyan etmədikləri halda, “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə öz niyyətlərini reallaşdırmaq istəyiblər. Lakin gömrük baxışı zamanı Azərbaycan vətəndaşlarına məxsus çantalarda ​bəyan edilməyən xəz geyimləri, kişi və qadın geyimləri, ayaqqabılar, müxtəlif ölçülü papaqlar aşkarlanıb.

Ümumilikdə, həmyerlilərimiz 465 adda geyim əşyasını bəyannaməsiz Rusiya gömrüyündən keçirməyə çalışıblar. Saxlanılanların sözlərinə görə, bütün geyim əşyaları Sankt-Peterburqdakı dostlarına hədiyyə olaraq alınıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top