Müdafiə Nazirliyinin açıqlamasında üç önəmli məqam: Antiterror əməliyyatına işarə...

GÜNDƏM 15 okt 2021, 23:28
Qarabağda erməni terrorçuların hücumu nəticəsində Ordumuz şəhid verib.

Müdafiə Nazirliyinin rəsmi məlumatında üç mühüm məqam var:

Birincisi, hücum ermənilərin terror aktı kimi qeyd olunur: bu, antiterror əməliyyatına əsas yaradır;
İkincisi, Rusiyaya mesaj verilir: terror hücumu rus sülhməramlılarının fəaliyyətinə kölgə salır;
Üçüncüsü, antiterror əməliyyatının keçirildiyinə, yaxud hazırlığına işarə edilir:

- “Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcəkdir” qeydi bu ehtimalı gücləndirir;
- istisna deyil ki, terrorçulara qarşı cavab addımı atılıb, yaxud atılması istiqamətində hərəkətə keçilib;
- bunu hadisələrin inkişafında biləcəyik, “qəti addımlar bundan sonra da davam etdiriləcək” qeydi xüsusilə diqqət çəkir;

Bakı 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasını ön plana çıxardı. Və burada diqqətçəkən məqamlardan biri də erməni qoşunlarının səssiz çıxarılmasının Moskvaya da sərf etmədiyidir: antiterror əməliyyatı siyasi baxımdan bütün tərəflər üçün yeganə çıxış yolu kimi görünür;
MN-nin rəsmi məlumatının mətnini Bakının son xəbərdarlığı hesab etmək olar.

Asif Nərimanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top