Qanunsuz ov edən və əcnəbiləri ova çağıran şəxs cəzalandırıldı

SOSİAL 15 okt 2021, 19:19
Çöl ördəklərini qanunsuz ovlayan və onları nümayiş etdirərək əcnəbiləri ov etməyə çağıran şəxslə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb və həmin şəxsin İmişli şəhər sakini Razi Səmədov olduğu müəyyən edilib.

Bunu Xidmətin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, faktla bağlı akt, protokol tərtib edilib və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndəriləcək.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top