Qulu Məhərrəmli: "Hikmət Hacıyev özündə parlaq milli-mənəvi keyfiyyətləri cəmləşdirə bilib"

GÜNDƏM 15 okt 2021, 15:29
Ölkədə ən ciddi problemlərdən biri peşəkar və mənəviyyatlı məmur məsələsidir. 44 günlük Qarabağ savaşında Hikmət Hacıyevin ümumxalq sevgisi qazanmasının əsas səbəbi, ilk növbədə onun peşəkarlığı, intellektual səviyyəsi, aydın təfəkkürü, məntiqli nitqi, həm də korrupsiyaya bulaşmaması, sadə, səmimi və əlçatan olması idi.

Demokrat.az xəbər verir ki, bunu professor Qulu Məhərrəmli bildirib.

"Tanıdığımız yüksək ranqlı rüşvətxor, quldur və oğru məmurlardan fərqli olaraq H.Hacıyev özündə parlaq milli-mənəvi keyfiyyətləri cəmləşdirə bilib…

Bu gün Hikmət Hacıyevin doğum günüdür. Təbrik edir, millət və dövlətin tərəqqisi naminə uğurlar arzulayıram!", deyə Qulu Məhərrəmli qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top