İcra başçısı Ağcabədidə bağçalara “divan tutur” — 200 nəfəri işsiz qoydu


SOSİAL 13 okt 2021, 21:26
Ağcabədidə uşaq bağçalarında çalışanların kütləvi şəkildə işdən çıxarılmasına başlanıb.

Reportyor.info məlumat verir ki, rayon icra başçısı Rafil Hüseynovun “attestasiya” tələbindən keçməyənlər işlərini itirirlər. Yerli icra orqanı tərəfindən təşkil olunan əsassız yoxlama və imtahan xeyli sayda adamı işsiz qoyub. Onlardan biri Günel Yusif qızı Mehdiyevadır. Onun sözlərinə görə, 15 ildir Səməd Vuğun adına uşaq bağçasında işləyir, 208 manat maaş alır və 150 manatını kredit verir. O, anasının himayəsindədir və qeyd edir ki, icra başçısı onları sorğu-sual edir, bu sahəyə aid, olmayan məsələlər soruşur. Sonra işdən çıxmaq üçün ərizə yazmaq tələbi qoyur. G. Mehdiyeva deyir ki, könüllü ərizə yazmayanların maaşının kəsilməsi tapşırılır. Lakin şikayətçi olan tək o deyil. Məlumata görə, ərizə yazmağa məcbur edilən uşaq bağçası işçilərindən biri də Fəridə Abbasovadır. Hətta Ağcabədi RİH-nin Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Səfər Səfərovun uşaq bağçasında işləyən yaxın qohumundan da ərizə yazmaq tələb olunub, amma icra başçısına məruzə ediləndə ona dəyməyiblər.

Bildirilir ki, Ağcabədidə 200-ə yaxın bağça işçisi icra başçısının “imtahanı”ndan keçə bilmədiyi üçün işindən azad olunub.

Bundan əlavə, işdən azad olunanlar arasında Ağcabədinin Hüsülü kənd sakini olan uşaq bağçası müdirəsi Əliyeva Gövhər Dərgah qızı da var.
Gövhər Əliyeva Əmək Məcəlləsinin 70 C maddəsi ilə işdən azad edilib. Özü faktı təsdiqləyib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top