Bu gün Salyan rayon Gənclər və İdman İdarəsi və Salyan rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Salyan Olimpiya İdman Kompleksində Vətən müharibəsi Şəhidlərinin xatirəsinə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.
Demokrat.az xəbər verir ki, ilk öncə torpaqlarımızın bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov yarış iştirakçılarını salamlayaraq bildirib ki, Vətən müharibəsi xalqımızın igidlik salnaməsində yeni bir səhifə yazıb. Bu gün Azərbaycan ordusu xalqımıza məxsus olan zəngin hərbi ənənələri böyük məsuliyyət və şərəflə davam etdirərək ərazi bütövlüyümüzü bərpa edib. Qeyd edib ki, əsas məqsəd Çağırışa qədər və çağırış yaşlı gənclərin Vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə Vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, “VMH” poliatlon çoxnövçülüyünü yeniyetmə və gənclər arasında təbliğ etməkdir.
Daha sonra çıxış edən Salyan rayon Təhsil Şöbəsinin metodisti Emin Məlikov bildirib ki, yarışın keçirilməsi həmçinin rayonda ümumtəhsil məktəblərinin idman klublarının işini fəallaşdırmaq, təkmilləşdirmək və “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyünü təbliğ etməyə xidmət edir.
4 növçülük üzrə ( 100 metr və 2000 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atmaq) keçirilən “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə rayon birinciliyinin sonunda ən yüksək xal toplayan komandalardan Salyan rayon Yuxarı Xalac-2 saylı kənd tam orta məktəbin komandası III yeri, Salyan şəhər 8 saylı tam orta məktəbin komandası II yeri, Salyan rayon Qarabağlı-1 saylı kənd tam orta məktəbin komandası I yeri qazanıb. Salyan şəhər 6 saylı tam orta məktəbin və Salyan rayon Seyidsadıqlı kənd tam orta məktəbin komandası yarışda yüksək çıxışı ilə fərqlənən komanda olub
Birinciliyin qalibləri və fərqlənmiş iştirakçıları Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.

Demokrat.az