Sumqayıtda qadın özünü dənizə atdı

HADİSƏ 12 okt 2021, 18:02
Sumqayıtda qadın intihara cəhd edib.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 11-də saat 14 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən dənizkənarı parkda bir qadın qəfil özünü dənizə atıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində həmin qadın sudan çıxarılaraq xilas edilib.

Araşdırmalarla onun şəhər sakini A.Ramazanova olması müəyyən edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top