İctimai TV-nin bu proqramı Kəlbəcərdən yayımlandı — VİDEO

QARABAĞ 10 okt 2021, 23:26
Hər həftənin bazar günü efirə gedən İctimai Televiziyanın "Ozan Məclisi"nin bu dəfəki proqramı fərqli məkandan yayınlanıb.
 
"Ozan Məclisi"nin sonuncu buraxılışı 44 günlük savaşın nəticəsində 28 illik işğaldan azad edilmiş Kəlbəcər rayonunda çəkilib.
 
Proqramın müəllifi, saz-söz sənətinin mahir bilicisi Qorxmaz Tofiqoğlunun təqdimatında efirə gedən buraxılışıda Kəlbəcər rayonundan olan aşıq və şairlər - şair Elşən Əzim, Aşıq Elbrus, Aşıq Əfqan, Aşıq Şöhrət doğma yurda həsr olunmuş şeirlər səsləndiriblər, aşıq havaları səsləndiriblər.
 
İki hissədə çəkilmiş proqramın birinci hissəsi bu gün efirə gedib. İkinci hissə isə oktyabrın 17-də yayımlanacaq.
 
Birinci hissənin tam videosunu təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top