İranda virusdan ölənlərin sayı artdı

REGİON 10 okt 2021, 15:30
İranda ötən sutka ərzində 222 nəfər koronavirusdan (COVID-19) ölüb, 11 256 nəfər yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 122 592 nəfərə, yoluxanların sayı isə 5 702 890 nəfərə çatıb. Virus daşıyıcılarından 5 304 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5 217 999 nəfər koronavirusdan sağalıb, 33,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 64,4 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 45,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 19,3 milyon təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top