Bu gün hava necə olacaq? — PROQNOZ

SOSİAL 10 okt 2021, 08:30
Bakıda və Abşeron yarımadasında bu gün havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 16-18° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 16-18° isti olacaq.
Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 16-20° isti, dağlarda gecə 4-6° isti, gündüz 11-13° isti olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top